İDMAN


Paolo Maldininin oğlu Daniel İtaliya milli komandasına dəvət alıb

Bakı, 15 mart, AZƏRTAC

İtaliyanın “Milan” futbol klubunun U-17 komandasının hücumçusu Daniel Maldini 18 yaşadək futbolçulardan ibarət yığmaya dəvət alıb.

AZƏRTAC İtaliya KİV-lərinə istinadla xəbər verir ki, hücumçu Hollandiya ilə yoldaşlıq görüşü üçün milliyə dəvət edilib. “Milan”ın gənclər komandasında çıxış edən hücumçu 22 oyunda 9 dəfə fərqlənib.

Xatırladaq ki, Danielin atası, “Milan”ın sabiq kapitanı Paolo Maldini hazırda klubun strateji inkişaf üzrə direktoru vəzifəsində çalışır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.