DÜNYA


Papa Fransisk xəstəxanadan evə buraxılıb

Papa Fransisk xəstəxanadan evə buraxılıb

Vatikan, 1 aprel, AZƏRTAC

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk aprelin 1-də xəstəxanadan evə buraxılıb.

AZƏRTAC xəbər verir ki, Fransisk xəstəxanada müalicə olunan uşaqlara baş çəkib və yeni doğulanları vəftiz edib, hədiyyələr paylayıb. Daha sonra o, Vatikandakı iqamətgahı Santa Martaya yola düşüb.

Aprelin 2-də Papa Fransiskin iştirakı ilə Müqəddəs Pyotr meydanında Pasxa bayramından əvvəl qeyd olunan “Palma bazarı” günü keçiriləcək.

Xatırladaq ki, 86 yaşlı Fransisk martın 29-da təcili yardım avtomobili ilə Romadakı Gemelli xəstəxanasına yerləşdirilmiş və ona tənəffüs yolu infeksiyası diaqnozu qoyulmuşdu.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.