DÜNYA


Papa Fransiskin sabah xəstəxanadan evə buraxılması gözlənilir

Papa Fransiskin sabah xəstəxanadan evə buraxılması gözlənilir

Vatikan, 31 mart, AZƏRTAC

Xəstəxanada müalicəsi davam etdirilən Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin aprelin 1-də səhər saatlarında evə buraxılması gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın sözçüsü Matteo Bruni deyib.

M.Bruni bu gün səhər aparılan yoxlamalara əsasən, Papa Fransiskin vəziyyətinin yaxşılaşdığını, sabah son analizlərin nəticələrindən asılı olaraq Santa Martadakı evinə buraxılmasının nəzərdə tutulduğunu qeyd edib.

O bildirib ki, aprelin 2-də Papa Fransiskin iştirakı ilə Müqəddəs Pyotr meydanında Pasxa bayramından əvvəl qeyd olunan “Palma bazarı” günü keçiriləcək.

Xatırladaq ki, 86 yaşlı Fransisk martın 29-da təcili yardım avtomobili ilə Romadakı Gemelli xəstəxanasına yerləşdirilib və ona tənəffüs yolu infeksiyası diaqnozu qoyulub.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.