DÜNYA


“Papa John's” şirkətinin direktorlar şurasının sədri istefa verib

Vaşinqton, 13 iyul, AZƏRTAC

Məşhur “Papa John's International” pitsa şirkətinin təsisçisi və direktorlar şurasının sədri Con Şnatter Afrika mənşəli amerikalıların ünvanına irqi məzmunda təhqiramiz ifadə söylədiyini etiraf etdikdən sonra istefa verib. AZƏRTAC xəbər verir ki, bununla bağlı bəyanat yayan şirkət yaxın həftələrdə onun yerinə təyinat olacağını bildirib.

“Forbes” jurnalında Şnatterin firmanın təmsilçiləri ilə telefon danışığı zamanı qaradərili insanlar barədə təhqiramiz kəlmə söylədiyini qeyd edən məqalə dərc olunandan sonra şirkətin rəhbəri istefa verdiyini açıqlayıb. O, məqalənin dərc olunmasından doqquz saat sonra irqçi termini işlətdiyini etiraf edərək üzr istəyib və istefa verib.

Şnatter biznesinə 1984-cü ildə atasına məxsus barda "Papa John's" brendi altında kiçik pitsa ticarətindən başlayıb və bir neçə ildən sonra illik dövriyyəsi 1 milyard dollardan çox olan şirkətə sahib olub. Şirkət hazırda ABŞ-da 3500 mağazaya, Azərbaycan da daxil olmaqla 40 ölkədə 1200 mağazaya malikdir. Şirkətin 700 milyon dollar məbləğində aksiyaları Şnatterə məxsusdur.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.