DÜNYA


Papua-Yeni Qvineya sahillərində güclü zəlzələ olub

Tokio, 20 iyul, AZƏRTAC

Papua-Yeni Qvineya sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Lorenqau şəhərindən 163 kilometr cənub-şərqdə, ocağı 10 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.