DÜNYA


Papua-Yeni Qvineyada güclü zəlzələ olub, ölənlər və yaralananlar var VİDEO

Tokio, 11 sentyabr, AZƏRTAC

Papua-Yeni Qvineyanın şərqindəki Morobe əyalətində zəlzələnin səbəb olduğu torpaq sürüşməsi nəticəsində azı 3 nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, Associated Press agentliyi yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.

Məlumata görə, təbii fəlakət nəticəsində yaralananlar da var. Bir neçə tibb mərkəzi, binalar və yollar zədələnib. Digər təfərrüatlar barədə məlumat verilməyib.

Hazırda zəlzələnin vurduğu ziyanın miqyasının qiymətləndirilməsi üzrə işlər aparılır.

Avropa Aralıq Dənizi seysmoloji mərkəzinin məlumatına görə, bazar günü Papua-Yeni Qvineyada 7,7 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin episentri ada dövlətin paytaxtı Port Morsbi şəhərindən 348 kilometr şimal-qərbdə yerləşib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.