DÜNYA
Papua-Yeni Qvineyada polis işçiləri parlament binasına hücum ediblər
Bakı, 20 noyabr, AZƏRTAC
Papua-Yeni Qvineya polisi paytaxt Port-Morsbi şəhərində Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində fəaliyyətinə görə kompensasiya tələbi ilə parlament binasına hücum edib.
AZƏRTAC xəbər verir ki, “Post-Courier” qəzetində dərc olunan press-relizə əsasən, Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq təşkilatının konfransının uğurlu keçirilməsində milli hökumətə yardım edən təhlükəsizlik qüvvələri onlara heç bir kompensasiya verilmədiyi üçün narazılıqlarını bu yolla bildiriblər.
Polislər parlament qarşısına toplaşıb, onun işinə maneə olub, sonra isə binaya hücum ediblər. Nəticədə binanın fasadına zərər dəyib, şüşələr sındırılıb. İnsident zamanı nazirlər və yerli siyasətçilər parlament binasında olub.
Xatırladaq ki, “ASİƏ-2018” sammiti noyabrın 17-18-də Papua-Yeni Qvineyanın paytaxtı Port-Morsbi şəhərində keçirilib. Görüş dünyanın ən böyük iqtisadi gücləri – Çin və ABŞ arasında davam edən ticarət müharibəsi fonunda baş tutub.