DÜNYA


Papua-Yeni Qvineyanın Baş naziri istefa verib

Tokio, 26 may, AZƏRTAC

Papua-Yeni Qvineyanın yeddi ildən çoxdur ki, hakimiyyətdə olan Baş naziri Piter О'Nil istefa verib.

AZƏRTAC xəbər verir ki, bu barədə ABC teleradio şirkəti məlumat yayıb. Bildirilir ki, o, öz qərarını Port Morsbidə keçirilən mətbuat konfransında açıqlayıb. P.О'Nil deyib ki, son zamanlar parlamentdə baş verənlər dəyişikliklərin zəruri olduğunu təsdiqləyir.

Bundan sonra Papua-Yeni Qvineyanın Baş naziri vəzifəsini Xalq Tərəqqi Partiyasının sədri, 1980-1982-ci və 1994-1997-ci illərdə Baş nazir olmuş Culius Çan icra edəcək. R.О'Nilin istefası general-qubernator Bob Dadaye tərəfindən qəbul edildikdən sonra qüvvəyə minəcək.

R.О'Nil bir neçə nazir hökumətin tərkibindən çıxdıqdan və parlamentdəki müxalifətə qoşulduqdan sonra istefa vermək qərarına gəlib.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.