DÜNYA


Papua - Yeni Qvineya sahillərində 5,7 bal gücündə zəlzələ olub

Tokio, 27 aprel, AZƏRTAC

Aprelin 27-də Papua - Yeni Qvineya sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentrinin Madanq şəhərindən 204 kilometr şimalda, ocağının 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.