İDMAN


Para-kamandan oxatma üzrə idmançılarımız iki bürünc medala sahib olublar

Konya, 11 avqust, Səxavət Quliyev, AZƏRTAC

Azərbaycanın para-kamandan oxatma üzrə idmançıları V İslam Həmrəyliyi Oyunlarında iki bürünc medala sahib olublar.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Konya şəhərində keçirilən bu mötəbər yarışda Milli Paralimpiya Komitəsinin Cahan Musayeva və Azadə Abdullayevadan ibarət komandası miks, Cahan Musayev və Əli Nəbiyevdən ibarət kollektiv isə komanda növündə 3-cü yerə layiq görülüblər.

Qeyd edək ki, oyunlarda Azərbaycanın 8 paralimpiyaçısı iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.