İDMAN


Paraatletika üzrə dünya çempionatında uğurla çıxış edən idmançılarla görüş keçirilib

Bakı, 18 noyabr, AZƏRTAC

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov “Dubay 2019” paraatletika üzrə dünya çempionatında iştirak edən idmançılarımızla görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə AMPK-nın baş katibi Kamal Məmmədov, paraatletika üzrə milli komandamızın baş məşqçisi, ikiqat Paralimpiya çempionu Oleq Ponyutin, Paralimpiya çempionu Oluxan Musayev və komandanın digər üzvləri iştirak ediblər.

AMPK-nın prezidenti yarışın uğurlu olduğunu və “Tokio 2020” Yay Paralimpiya Oyunlarına 3 lisenziya qazanıldığını qeyd edib. Bildirib ki, paraatletika komandası bundan sonra da əzmlə çalışmalı və növbəti yarışlarda daha yaxşı nəticələr qazanmalıdır. Qarşıdakı əsas hədəf “Tokio 2020” Paralimpiya Oyunlarıdır. Bu Oyunlara cəmi on ay vaxt qalıb. Bu vaxt ərzində var qüvvənizlə məşq etməli və ümidləri doğrultmalısınız.

Komandanın baş məşqçisi, ikiqat Paralimpiya çempionu O.Ponyutin yarışların gərgin idman mübarizəsi şəraitində keçdiyini, bununla belə qarşıya qoyulan əsas hədəfə - “Tokio 2020”yə lisenziyalar qazanmağa nail olduqlarını qeyd edib.

Dünya çempionatında F56 kateqoriyasında lövhəatma yarışında Oloxan Musayev, F57 kateqoriyasında nüvəitələmə yarışında Samir Nəbiyev və uzunluğa tullanma üzrə T12 kateqoriyasında Kamil Əliyev “Tokio 2020”yə vəsiqəni təmin ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.