İDMAN


Paraatletimiz Oloxan Musayev İsveçrə Qran-Pri yarışında ikinci qızıl medalını qazanıb

Bakı, 27 may, AZƏRTAC

Azərbaycan paraatletləri İsveçrənin Nottvil şəhərində keçirilən Qran-Pri yarışında 3 medal qazanıblar.

Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, disk atma növündə iştirak edən Oloxan Musayev (F55) 34,47 metr, uzunluğa tullanma növündə iştirak edən Elçin Muradov (T11) 6,15 metr nəticə göstərərək qızıl medal qazanıblar.

Uzunluğa tullanma növündə iştirak edən digər idmançı Toğrul Hümbətov (T11) isə 5,73 metr nəticə ilə gümüş medala sahib olub.

Qeyd edək ki, ötən gün milli komandamızın üzvləri nüvə itələmə növündə Samir Nəbiyev (F57), Elvin Astanov (F53), Oloxan Musayev (F55) qızıl, Arzuman Paxırov (F55) isə gümüş medal qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.