İDMAN


Paracüdo üzrə beynəlxalq Qran-Prinin işıqlandırılmasında seçilən jurnalistlərlə görüş keçirilib

Bakı, 21 may, AZƏRTAC

Bakıda keçirilmiş paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarının işıqlandırılmasında fəallıq göstərmiş bir qrup mətbuat işçisi ilə Azərbaycan Milli Paralimpiya Komitəsində (AMPK) görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə AMPK-nın prezidenti İlqar Rəhimov Qran-Pri yarışlarının yekunları barədə məlumat verib, turnirin işıqlandırılmasında fəallıq göstərmiş mətbuat işçilərinə sertifikatlar təqdim edib.

Sertifikat alanlar arasında turnirin tərəfdaşı olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşları İlqar Cəfərov və Səxavət Quliyev də olublar.

İ.Rəhimov paracüdoçularımızın yarışda uğurla çıxış etdiyini diqqətə çatdıraraq deyib: “Turnirin iştirakçıları ölkəmizdən xoş təəssüratlarla ayrıldılar. Artıq biz gələn il keçiriləcək yarışın hazırlıqlarına başlayacağıq. Növbəti il turnir mayın 11-12-də təşkil olunacaq. Bundan əlavə, sentyabrda AMPK-nın təşkilatçılığı ilə Bakıda beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulub. Həmçinin KİV nümayəndələri arasında yazı müsabiqəsinin də keçirilməsi planlaşdırılır”.

Qeyd edək ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən Qran-Pridə 35 ölkədən 214 cüdoçu birincilik uğrunda mübarizə aparıb. Qran-Pri “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırıb. Azərbaycan millisi 3 qızıl, 4 gümüş və 4 bürünc medalla komanda hesabında ikinci yeri tutub.

AZƏRTAC paracüdo üzrə Qran-Prinin media tərəfdaşı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.