İDMAN


Paracüdoçumuz Rövşən Səfərov beynəlxalq turnirin yarımfinal mərhələsinə yüksəlib

Bakı, 14 may, AZƏRTAC

Bakıda keçirilən paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarında çıxış edən Rövşən Səfərov növbəti qələbəsini qazanıb.

AZƏRTAC xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız moldovalı Oleq Kretula qalib gələrək dörddəbir finala yüksəlib. Paracüdoçumuzun növbəti rəqibi Türkiyə idmançısı İbrahim Bölükbaşı olub. Rəqibini 3 saniyəyə ipponla məğlub edən R.Səfərov yarımfinala vəsiqə qazanıb. Finala gedən yolda idmançımızın rəqibi Ukrayna təmsilçisi Aleksandr Nazarenko olacaq. Heydər Əliyev adına İdman Sarayında keçirilən yarışda 35 ölkədən 214 cüdoçu birincilik uğrunda mübarizə aparır.

Turnirin ilk günündə Azərbaycan millisi 3 qızıl, 3 gümüş və 3 bürünc medala sahib olub.

Qran-Pri "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.

Qeyd edək ki, AZƏRTAC paracüdo üzrə Qran-Prinin media tərəfdaşıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.