İDMAN


Paralimpiya çempionu: Qran-Prinin keçirildiyi Heydər Əliyev adına İdman Sarayı çox möhtəşəmdir

Bakı, 14 may, AZƏRTAC

İlk dəfədir ki, Azərbaycanda beynəlxalq turnirdə iştirak edirəm. Bakıda beynəlxalq Qran-Pri yarışları yüksək səviyyədə təşkil olunub. Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyəti barədə çox eşitmişdim. Ancaq bu dəfə özüm bunun şahidi oldum.

Bu sözləri Bakıda keçirilən paracüdo üzrə beynəlxalq Qran-Pridə 52 kiloqram çəki dərəcəsində qızıl medal qazanan ukraynalı İnna Çerniak AZƏRTAC-a müsahibəsində deyib.

Bakıda keçirilən yarışa ciddi hazırlaşdığını deyən Paralimpiya çempionu bildirib: “Uğura gedən yolda güclü rəqiblərlə qarşılaşdım. Ən güclü rəqibim finaldakı Əlcəzair idmançısı idi. Özümdə güc toplayıb qalib gəlməyi bacardım. Çempion olduğum üçün çox sevinirəm. Çünki Azərbaycana qızıl medal qazanmaq üçün gəlmişdim”.

Ukraynalı paracüdoçu deyib: “Qran-Prinin keçirildiyi Heydər Əliyev adına İdman Sarayı çox möhtəşəmdir. Burada idmançılar üçün hər cür şərait yaradılıb. Digər ölkələrdə belə idman qurğusuna çox az rast gəlirik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.