İDMAN


Paralimpiyaçılar arasında “Şən startlar” adlı estafet yarışı təşkil olunub

Bakı, 19 sentyabr, AZƏRTAC

Sentyabrın 19-da Sumqayıtdakı Respublika Paralimpiya İdman Kompleksinin stadionunda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin

tabeliyində Sosial Xidmətlər Agentliyi və Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə uzunmüddətli karantin rejimindən sonra paralimpiyaçı uşaqlar və onları müşayiət edən ailə üzvlərinin iştirakı ilə “Şən startlar” adlı estafet yarışı keçirilib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, bu, uşaqlar üçün oyun və eyni zamanda, fiziki hazırlığı göstərmək üçün böyük fürsət olub. Ümumilikdə tədbirə 25 iştirakçı qoşulub. Tədbirdə, həmçinin cüdo, taekvondo idman növləri üzrə uşaq paralimpiyaçılar və karate idman növü üzrə uşaqların nümunəvi çıxışlar təqdim olunub.

Tədbirdə Sosial Xidmətlər Agentliyinin sədr müavini Faiq Ağayev, Milli Paralimpiya Komitəsinin vitse-prezidentləri İlham Zəkiyev və Yaşar Hacıyev iştirak ediblər.

Yarış Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına riayət edilməsi üçün yaradılmış xüsusi işçi qrupunun nəzarəti altında keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.