REGİONLAR
Paralimpiyaçılar arasında armrestlinq üzrə muxtar respublika birinciliyi başa çatıb
Naxçıvan, 26 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən paralimpiyaçılar arasında armrestlinq üzrə Naxçıvan Muxtar Respublika birinciliyi başa çatıb.
AZƏRTAC xəbər verir ki, 2 çəki dərəcəsində keçirilən birincilikdə 20-yə yaxın paralimpiyaçı iştirak edib. 75 kiloqramadək çəki dərəcəsində I yerə Turan Hüseynov, II yerə Allahverdi Məmmədov, III yerə Məmili Məmmədov, 75 kiloqramdan yuxarı çəki dərəcəsində isə I yerə Vüqar Sadiqov, II yerə Ələkbər Salmanov, III yerə Nəriman Mehdiyev layiq görülüblər.
Qaliblərə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin diplomları və Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının qiymətli hədiyyələri təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO
- 23.04.2024 [17:33]
Şəkidə ağacəkmə aksiyası keçirilib
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]