İDMAN


Paralimpiyaçılarımız Niderlandda üç bürünc medal qazanıblar

Bakı, 4 avqust, AZƏRTAC

Paralimpiyaçılarımız daha bir beynəlxalq yarışda medal qazanıblar.

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, AMPK-nın boccia idman növü üzrə milli komandasının üzvləri Sona Ağayeva (BC2), Nərmin Ağayeva (BC4) və Bəhruz Mirzəyev (BC4) Niderlandın Veldhoven şəhərində keçirilən “Intercontinental Challenger” turnirinin bürünc medallarına sahib olublar.

Qeyd edək ki, yarış “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarında iştirak etmək üçün reytinq xalları qazandırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.