İDMAN


Paralimpiyaçılarımız Tunis Qran-Prisinə Antalyada hazırlaşacaqlar

Bakı, 27 fevral, AZƏRTAC

Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə komandası Antalyada təlim-məşq toplanışında iştirak etmək üçün Türkiyəyə yola düşüb.

AZƏRTAC komitəyə istinadla xəbər verir ki, martın 13-dək davam edəcək hazırlıq prosesində baş məşqçi, ikiqat Paralimpiya çempionu Oleq Panyutinin rəhbərliyi altında 20 atlet iştirak edəcək.

Təlim-məş qtoplanışı martın 14-21-də Tunisdə keçiriləcək para-atletika idman növü üzrə Qran-Priyə hazırlıq xarakteri daşıyacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.