İDMAN


Paralimpiyaçımız Dubayda keçirilən Qran-Pridə qızıl medal qazanıb

Bakı, 12 fevral, AZƏRTAC

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) atletika idman növü üzrə yığma komandasının üzvü Heydər Həmidli Dubayda keçirilən lisenziya xarakterli Qran-Pridə fərqlənib.

AMPK-dan AZƏRTAC-a bildiriblər ki, turnirdə F57 kateqoriyasında çıxış edən H.Həmidli nizə atma növündə 43,75 metr nəticə göstərərək qızıl medala sahib olub.

Paraatletika üzrə Qran-Pridə ölkəmizi 6 idmançı təmsil edəcək. Turnirə fevralın 14-də yekun vurulacaq.

Qeyd edək ki, AMPK-nın atletika idman növü üzrə artıq 3 idmançısı “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.