İDMAN


Paralimpiyaçımız Pərvin Məmmədov “Tokio-2020”yə lisenziya qazanıb

Bakı, 19 iyun, AZƏRTAC

Milli Paralimpiya komandamızın idmançısı “Tokio-2020” Yay Paralimpiya Oyunlarına 19-cu lisenziyanı qazanıb.

AZƏRTAC xəbər verir ki, Dubayda keçirilən dünya kuboku yarışlarında Azərbaycan Milli Paralimpiya Komitəsinin pauerliftinq idman növü üzrə milli komandasının üzvü Pərvin Məmmədov (49 kq) 157 kiloqram nəticə göstərərək yarışı 4-cü yerdə yekunlaşdırıb.

Dubayda keçirilən dünya kubokunda və daha öncə reytinq xalları qazandıran yarışlarda yüksək nəticə əldə etmiş P.Məmmədov “Tokio-2020” Yay Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək.

Qeyd edək ki, bu günə Milli Paralimpiya Komitəsinin idmançıları “Tokio-2020”yə artıq 19 lisenziya əldə ediblər. Onlardan 8-i atletika, 4-ü parataekvando, 3-ü üzgüçülük, 2-si güllə atıcılığı və 2-si pauerliftinq növündəndir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.