İDMAN


Parapauerliftinq üzrə açıq respublika çempionatının qalibləri bəlli olub

Bakı, 21 oktyabr, AZƏRTAC

Parapauerliftinq üzrə açıq respublika çempionatı keçirilib.

AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, “Zirvə” Beynəlxalq İdman Kompleksində baş tutan çempionatda kişilərin yarışında Pərvin Məmmədov (49-54 kq), Sərvər Qəniyev (59-65 kq), Əhməd Razim Azər (72-80 kq, Gürcüstan), Nurlan Babacanov (88-97 kq), Elşən Hüseynov (107 kq) və Şamo Aslanov (100 kq-dan yuxarı) qızıl medal qazanıblar.

Qadınların mübarizəsində Leyla Kazımova (50-80 kq), görmə məhdudiyyəti olan pauerliftinqçilərin yarışında Asif Beliyev (56-82,5 kq) və Məhərrəm Qasımov (90 kq və 125 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Çempionatda Gürcüstan idmançıları da güclərini sınayıblar.

Yarışların yekununda medal əyarına görə, Gəncə komandası 3 qızıl və 2 gümüş mükafatla birinci olub. Sumqayıt (3-3-0) ikinci, Bakı (1-1-2) isə üçüncü pillədə qərarlaşıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.