Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Paraqvay Respublikası parlamentinin deputatı, Deputatlar Palatasının keçmiş sədri Xuan Bartolome Ramiresdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Azərbaycan xalqının bu seçimi Sizin uğurlu fəaliyyətinizə və şəxsiyyətinizə olan dərin inamın əyani təsdiqidir.

Bu yaxınlarda Sizin gözəl ölkənizdə səfərdə olduq. Bizi şəxsən qəbul etdiyinizə, səfər müddətində göstərilən yüksək diqqətə və qonaqpərvərliyə görə Sizə səmimi qəlbdən təşəkkür edirik. Biz əyani şəkildə gördük ki, Azərbaycan Sizin rəhbərliyinizlə böyük uğurlara nail olub.

Cənab Prezident, Sizə ali dövləti fəaliyyətinizdə yeni nailiyyətlər və möhkəm cansağlığı arzulayıram.

Dərin hörmətlə,

Xuan Bartolome Ramires

Paraqvay Respublikası parlamentinin deputatı,

Deputatlar Palatasının keçmiş sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin