SİYASƏT


Paraqvay ilə Azərbaycan diplomatik pasportlu şəxslər üçün vizanın aradan qaldırılması barədə saziş imzalayıb

Bakı, 24 mart, AZƏRTAC

“Paraqvay Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında diplomatik, rəsmi və ya xidməti pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında” saziş imzalanıb.

XİN-dən AZƏRTAC-a bildirilib ki, Sazişin imzalanması Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Paraqvay Respublikasına ilk rəsmi səfəri çərçivəsində Paraqvayın xarici işlər naziri Luis Alberto Kastiqlioni ilə görüşü zamanı baş tutub.

Sazişi xarici işlər naziri Elmar Məmmədyarov və xarici işlər naziri Luis Alberto Kastiqlioni imzalayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.