DÜNYA
Paraşütlə tullanma üzrə ilk dünya rekordçusu vəfat edib
Bakı, 10 dekabr, AZƏRTAC
1960-cı ildə paraşütlə 31 min 300 metr hündürlükdən tullanaraq rekorda imza atmış ABŞ Hərbi Hava Qüvvələrinin zabiti Cozef Kittinger 94 yaşında vəfat edib.
AZƏRTAC “Stars and Stripes” nəşrinə istinadla xəbər verir ki, istefada olan polkovnikin ölümünə ağciyər xərçəngi səbəb olub.
Cozef Kittinger ABŞ Hərbi Hava Qüvvələrinin “Excelsior” layihəsində - yüksək hündürlükdən paraşütlə tullanma seriyasında iştirakı ilə məşhurdur. Belə ki, o, 1960-cı ildə paraşütlə tullanma hündürlüyü üzrə dünya rekordunu müəyyən edib. 31 min 300 metr hündürlükdən tullanan paraşütçü sərbəst eniş zamanı demək olar ki, səs sürətinə çatıb.
Amerikalı zabit “Red Bull Stratos” layihəsinə də töhfə verib. 2012-ci ildə bu layihə çərçivəsində avstriyalı paraşütçü Feliks Baumqartner 39 min metr hündürlükdən tullanaraq Cozef Kittingerin rekordunu yeniləyib və mühərrikdən istifadə etmədən səs sürəti səddini aşan ilk insan olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]