İDMAN


Parataekvondoçularımız beynəlxalq reytinq turnirində beş medal qazanıblar

Bakı, 21 fevral, AZƏRTAC

Misirin Hurqada şəhərində keçirilən parataekvondo üzrə açıq Afrika çempionatında dörd idmançı ilə təmsil olunan paralimpiya milli komandamızın üzvləri reytinq xallarını artırıblar.

Azərbaycan Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildiriblər ki, komandamızın kapitanı, 75 kiloqram çəki dərəcəsində mübarizəyə qatılan Nicat Müslümov K42 və K43 kateqoriyalarında iki qızıl medal qazanıb.

Qadın parataekvondoçulardan Röyalə Fətəliyeva (K44, 49 kq) və Aynur Məmmədova (K44, +58 kq) yalnız final döyüşündə məğlub olaraq yarışı gümüş medallarla başa vurublar.

Digər kişi idmançımız Elimxan Manafov (K43, 61 kq) yarımfinalda mübarizəni dayandırıb.

Komanda hesabında millimiz üçüncü yerdə qərarlaşıb. Nicat Müslümov yarışın ən güclü idmançısı seçilib.

Beləliklə, baş məşqçi Fərid Tağızadənin yetirmələri 28 ölkədən 108 idmançının mübarizə apardığı beynəlxalq reytinq turnirini iki qızıl, iki gümüş və bir bürünc medalla başa vurublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.