İDMAN


Parataekvondoçularımız dünya çempionatında 1 gümüş və 2 bürünc medal qazanıblar

Bakı, 7 fevral, AZƏRTAC

Fevralın 6-da parataekvondo üzrə dünya çempionatının sonuncu günü Azərbaycan komandası növbəti uğura imza atıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Antalya şəhərində keçirilən mundialda mübarizəyə qatılan Elimxan Manafov (75 kq) bürünc medala sahib olub. Komandanın kapitanı Nicat Müslümov (75 kq) isə gümüş medal qazanaraq yarışı ikinci pillədə başa vurub.

Xatırladaq ki, yarışların ilk günündə Röyalə Fətəliyeva da bürünc medal qazanıb.

Beləliklə, baş məşqçi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərovun yetirmələri dünya çempionatından vətənə 1 gümüş və 2 bürünc medalla qayıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.