İDMAN


Parataekvondoçumuz dünya çempionatının bürünc medalına sahib olub

Bakı, 6 fevral, AZƏRTAC

Antalyada parataekvondo üzrə dünya çempionatına start verilib. Yarışda 11 taekvondoçu ilə təmsil olunan komandamızın üç üzvü dayanq üzərinə çıxıb.

AZƏRTAC xəbər verir ki, ilk yarış günündə xanım taekvondoçumuz Röyalə Fətəliyeva (49 kq) yarımfinalda məğlub olsa da, aktivinə bürünc medal əlavə edib.

Mübarizəyə qoşulan digər idmançımız Vüsal İsmayılov (75 kq-dan yuxarı) yarımfinal uğrunda döyüşdə əlindən aldığı zədəyə görə döyüşü davam etdirə bilməyib. Eyni kateqoriya və çəkidə yarışan Vüqar Adışirinov da komanda yoldaşı kimi yarımfinalın bir addımlığında məğlub olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.