İDMAN


“Paris-2024” Olimpiya Oyunlarının marafon marşrutu açıqlanıb

Paris, 6 oktyabr, AZƏRTAC

“Paris-2024” Olimpiya Oyunlarının marafonu açıqlanıb.

AZƏRTAC xəbər verir ki, “Paris-2024” Olimpiya Oyunlarının Təşkilat Komitəsi (COJO) oyunların marafonunun marşrutunu açıqlayaraq, onun tarixə düşəcəyini bildirib. Qeyd edilib ki, 2024-cü il avqustun 10-da və 11-də baş tutacaq “Paris-2024” Olimpiya Oyunları marafonu Paris-Versal marşrutu ilə keçiriləcək. Belə ki, Olimpiya marafonu Paris şəhər meriyasının qarşısından başlayaraq, Versal sarayından keçərək “İnvalides” hərb muzeyinə çatacaq.

Marafon Fransa paytaxtının ən gözəl tarixi abidələrini dolanacaqlar. Paris şəhər meriyası qarşısında yola düşəcək marafon Rivoli və Luvr küçələrindən keçərək, “Opera Garnier” opera binasına gələcək. Daha sonra Vandome meydanını dolaşıb, La Paix küçəsi ilə Karrusel və Luvr qarşısında piramidalara gələcək. Startda olan 160 idmançının 80-ni kişi, 80-ni qadın idmançılardır. Marafonçular Sena çayının sahili ilə Konkord və Alma körpülərini keçərək Trokaderaya gələcəklər. Eyfel qülləsini keçdikdən sonra Bulony-Billankurdan keçərək Versal sarayına doğru irəliləyəcəklər.

Marafon marşrutunun Fransa tarixi abidələrini keçməklə təşkil edilməsi idman tarixini Fransa tarixinin bir hissəsi kimi təqdim etmək məqsədi daşıyır. Marafon marşrutunun enişli-yoxuşlu olacağı bildirilərək, onun heç də asan olmayacağı qeyd edilir.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.