İDMAN


“Paris-2024” Yay Olimpiya Oyunlarına 6,8 milyon bilet satılıb

“Paris-2024” Yay Olimpiya Oyunlarına 6,8 milyon bilet satılıb

Paris, 24 may, AZƏRTAC,

“Paris-2024” Yay Olimpiya Oyunlarına 6,8 milyon bilet satılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Paris-2024” Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi məlumat yayıb.

Bildirilib ki, “Paris-2024” üçün nəzərdə tutulan 10 milyon biletin təxminən 70 faizi satılıb. Mayın 11-dən 19-dək bilet satışının ikinci mərhələsi keçirilib. Həmin vaxt 1,89 milyon bilet sahibini tapıb.

Biletlərin 178 ölkədən alındığını bildirən Təşkilat Komitəsi qeyd edib ki, satılmış biletlərin təxminən 60 faizinin qiyməti 100 avrodan az və ya ona bərabərdir.

Fevralın 15-dən martın 9-dək keçirilmiş birinci mərhələdə 3,25 milyona yaxın bilet satılıb.

Təşkilat Komitəsi Paralimpiya Oyunlarına bilet satışına oktyabrın 9-da başlanacağını və biletlərin yarısının qiymətinin 25 avrodan az olacağını açıqlayıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.