Paris Azərbaycan Evi bəyanat yayıb
AzerTAg.az

Bakı, 27 yanvar, AZƏRTAC
Parisdə fəaliyyət göstərən Azərbaycan Evi ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilən terrorla bağlı bəyanat yayıb və insanlıq əleyhinə yönələn bu cinayəti qətiyyətlə pisləyib.
AZƏRTAC xəbər verir ki, bəyanatda Fransada yaşayan soydaşlarımızın bu xain hücum nəticəsində bir azərbaycanlının qətlə yetirilməsindən, ikisinin isə yaralanmasından dərin kədər hissi keçirdikləri vurğulanıb. Cənubi Azərbaycanda yaşayan 40 milyon soydaşımızın hüquqlarının davamlı olaraq pozulmasından və İranda heç bir diplomatik nümayəndəliyin, eləcə də heç bir insanın toxunulmazlığına zəmanətin olmamasından narahatlıq ifadə edilib.
Dünya ictimaiyyətinin diqqəti İran və Ermənistanın Azərbaycanın sərhədləri daxilində davamlı olaraq birgə qanunsuz əməllər törətdiyinə yönəldilib, beynəlxalq təşkilatlardan sülh və insanlıq əleyhinə yönələn cinayətlərə görə cavabdeh şəxslərin ən qısa zamanda məsuliyyətə cəlb edilməsi tələb olunub.
Xəbərin mətnində orfoqrafik səhv var