DÜNYA


Paris BMT Təhlükəsizlik Şurasında daimi üzv statusunu Aİ nümayəndəsi statusuna güzəştə gedəcəkmi?

Paris, 3 dekabr, AZƏRTAC 

Almaniya Parisə BMT Təhlükəsizlik Şurasında daimi üzv statusunu Avropa İttifaqı nümayəndəsi statusuna güzəştə getməyi tövsiyə edib.

“Əgər biz Avropa İttifaqını ciddi qəbul ediriksə, onda Aİ BMT Təhlükəsizlik Şurasında da bir səslə danışmalıdır... Yaxın vaxtlarda Fransa üzvlüyü Aİ üzvlüyü ilə əvəz oluna bilər”, – deyə Almaniyanın Kansler müavini, eləcə də maliyyə naziri Olaf Scholz Berlində Avropanın gələcəyi ilə bağlı çıxışında bildirib.

AZƏRTAC xəbər verir ki, ancaq bunun qarşılığında BMT Təhlükəsizlik Şurasındakı Aİ nümayəndə heyətinin rəhbəri fransız olacağı qeyd edilib. Bu təklif Fransanın Almaniyanı daim hərəkətsizlikdə tənqid etməsinə cavab olaraq irəli sürülüb.

Fransa prezidenti cari ilin noyabrında Almaniyalı deputatlar qarşısında söylədiyi nitqində də səbirsizliyini gizlətməyib, onları “hərəkətsizlik”dən çıxmağa və “tabu”ları (qadağaları) aşaraq, “Brexit”dən sonra yaranan böhrandan çıxmaq üçün yeni Avropa layihəsi irəli sürməyə çağırmışdı.

Xatırladaq ki, 2012-ci ildə sabiq prezident Fransua Olland Təhlükəsizlik Şurasında islahatları genişləndirməyi və Şurada daimi üzv dövlətlər kimi qeyri-daimi üzv dövlətlərə də yer verilməsinə dair çağırış etmişdir. Bu təklifə uyğun olaraq, Almaniya 2019-cu ildən iki il müddətinə TŞ-da nəzərdə tutulan 10 qeyri-daimi üzv yerindən birini tutacaq.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.