DÜNYA


Paris-Karakas diplomatik gərginliyi davam edir

Paris, 5 iyun, AZƏRTAC

Cari ilin may ayında Venesuelada Fransa səfiri Romen Nadala qarşı münasibətdən sonra Paris və Karakas arasında başlayan diplomatik gərginlik davam edir.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, mayın əvvəlindən Venesuela polisinin Fransa səfirliyi binasını daim nəzarətdə saxlamasına, rezidensiyanın su və elektrikdən mərhum olmasına baxmayaraq, səfirlik fəaliyyətini davam etdirir.

Venesuelanın dövlət və hökumət rəhbərliyi müxalifət rəhbəri Xuan Qaydoya Fransanın Karakasdakı səfirliyində sığınacaq verildiyini iddia edir.

“Biz heç bir ölkənin, indiki vəziyyətdə isə İspaniya və Fransanın səfirliyinin binasına daxil ola və məhkəməni onları güc tətbiqi yolu ilə həbs etməsinə məcbur edə bilmərik”, - deyə Venesuela Xarici İşlər naziri də yerli radioya müsahibəsində bildirib.

Ancaq bu gün səhər Fransa Xarici İşlər Nazirliyi bu iddianı yenidən təkzib edib: “Xuan Qaydo Fransanın Karakasdakı səfirliyində deyil. Bu haqda Venesuela hakim dairələrinə dəfələrlə bildirmişik”.

“Hazırda bütün səylər Venesuelada siyasi böhranın həllini tapmağa yönəldilməlidir. Yalnız demokratik yol, azad, şəffaf və etibarlı seçkilər bu siyasi böhranın uzunmüddətli həllinə imkan verə bilər. Avropa İttifaqı və beynəlxalq təmas qrupundakı tərəfdaşları ilə birlikdə Fransa Venesuelanın bütün aidiyyəti şəxslərini, xüsusilə də hakim dairələrini bu həllə nail olmaq üçün inklüziv danışıqlara başlamağa çağırır”, - deyə Fransa Xarici İşlər Nazirliyi yerli mətbuata bildirib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.