DÜNYA


Paris Notr-Dam kilsəsinin bərpasına yardım məqsədilə Fransada bank hesabı açılıb

Paris, 16 aprel, AZƏRTAC

Paris Notr-Dam kilsəsinin (Paris Məryəm Ana kilsəsi) bərpasına yardım məqsədilə Fransada bank hesabı açılıb.

Bu barədə qərar Prezident Emmanuel Makronun çıxışından sonra qəbul edilib.

ABŞ, Almaniya, Yaponiya, İspaniya, İtaliya və digər ölkələrin rəhbərləri kilsənin bərpası üçün dəstək göstərməyə hazır olduqlarını bildiriblər.

Yanğın zamanı kilsəyə dəyən ziyan hesablanır.

Mütəxəssislərin hesablamalarına görə, kilsənin bərpası bir neçə on ilə başa gələcək.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.