DÜNYA


Paris “Sarı jilet”lər aksiyasının dördüncü mərhələsində
89 min polis və yüzlərlə zirehli texnika səfərbər olunacaq

Paris, 7 dekabr, AZƏRTAC 

Fransada vəziyyət daha da gərginləşir. Hökumət yanacaq vergisinin artırılması qərarını 2019-cu il üçün ləğv etsə də “Sarı jilet”lər aksiyasının dekabrın 8-də baş tutacaq 4-cü mərhələsinə çağırışlar davam edir.

AZƏRTAC xəbər verir ki, TF1 televiziya kanalında çıxışında baş nazir Eduard Filip şənbə gününə təyin edilən növbəti aksiya ilə bağlı bildirib ki, ölkə üzrə 89 min polis və yüzlərlə zirehli texnika səfərbər olunacaq. Baş nazir yanacaq vergisinin artırılmasının ləğv edildiyini təkrarlayıb.

Prefektura Yelisey Çölləri prospektində olan bütün ticarət mərkəzlərinə şənbə günü mağazaları açmamağı məsləhət görüb. Yüzlərlə məktəb və lisey bağlanıb və “Sarı jilet”lər aksiyasını dəstəklədiklərini bildirib.

Fransada həftə sonu üçün nəzərdə tutulan 547 matçın vaxtı dəyişdirilib. Luvr, eləcə də onlarla digər muzey, Eyfel qülləsi kimi turist zonaları bağlı olacaq.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.