İDMAN


“Paris Sen-Jermen” Neymarın “Barselona”nın futbolçusu Koutinyo ilə dəyişdirilməsinə razılıq verib

Bakı, 13 avqust, Nicat Məmmədov, AZƏRTAC

Fransanın “Paris Sen-Jermen” klubu futbolçusu Neymarın "Barselona"ya keçidinə razılıq verib.

AZƏRTAC “RMC Sport” nəşrinə istinadla xəbər verir ki, razılığa əsasən “Barselona” braziliyalı futbolçu Koutinyonu ilə yanaşı, əlavə pul da ödəməlidir. Mənbə bildirir ki, yaxın günlərdə "Barselona" Paris klubuna rəsmi təklif verəcək. Neymar özü Barselonaya qayıtmaq istəyir. “Paris Sen-Jermen” bu transferi yekunlaşdırandan sonra İtaliyanın “Yuventus” klubunun argentinalı hüçumcusu Paolo Dibalanı da heyətinə qatmaq fikrindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.