İDMAN


“Paris Sen-Jermen” klubu “Ayaks”ın iki futbolçusu üçün 150 milyon avro ödəməyə hazırdır

Bakı, 4 yanvar, AZƏRTAC

Fransanın “Paris Sen-Jermen” klubu “Ayaks”ın iki futbolçusunu heyətinə qatmaq üçün Hollandiya təmsilçisinə 150 milyon avro ödəməyə hazırdır.

AZƏRTAC “Gazeta.ru” saytına istinadla xəbər verir ki, Paris klubu “Ayaks”da forma geyən 19 yaşlı müdafiəçi Mattisa de Luqteni və 21 yaşlı yarımmüdafiəçi Frenki de Yonqu transfer etməyə çalışır.

Hər iki futbolçu Avropanın bir neçə aparıcı klubunun maraq dairəsindədir.

Cari mövsümdə Mattisa de Luqte 24 oyunda üç, Frenki de Yonq isə 22 matçda iki qolla yadda qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.