İDMAN


“Paris Sen-Jermen” klubu baş məşqçi Maurisio Poçettino ilə yeni müqavilə imzalayıb

Bakı, 2 iyun, AZƏRTAC

“Paris Sen-Jermen” futbol klubunun rəhbərliyi argentinalı baş məşqçi Maurisio Poçettino ilə yeni müqavilə imzalayıb.

AZƏRTAC Fransa mətbuatına istinadla xəbər verir ki, 49 yaşlı mütəxəssisin 2022-ci ilin yayınadək başa çatacaq əvvəlki müqaviləsinin müddəti daha bir il uzadılıb.

Argentinalı çalışdırıcı “Paris Sen-Jermen”in baş məşqçisi vəzifəsinə bu ilin yanvarında gətirilib. O, bu vəzifədə Tomas Tuxeli əvəzləyib.

M.Poçettino 2001-2003-cü illərdə “Paris Sen-Jermen” klubunda çıxış edib. O, bu komandanın heyətində 95 oyun keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.