İDMAN
“Paris Sen-Jermen”in daha bir hücumçusu sıradan çıxıb
Bakı, 11 fevral, AZƏRTAC
“Paris Sen-Jermen” futbol klubu daha bir itki ilə üzləşib.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, komandanın 31 yaşlı uruqvaylı hücumçusu Edinson Kavani “Bordo” ilə matçın 46-cı dəqiqəsində zədələndiyi üçün Kilian Mbappe ilə əvəzlənib. E.Kavaninin fevralın 12-də UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində İngiltərənin “Mançester Yunayted” klubu ilə görüşdə iştirak edib-etməyəcəyi sual altındadır.
Hücumçu cari mövsümdə 26 oyunda 22 dəfə fərqlənib. O, 2013-cü ildə “Napoli” klubundan Paris təmsilçisinə transfer olunub.
Qeyd edək ki, “Paris Sen-Jermen”in digər hücumçusu Neymar yanvarın 23-də Fransa Kubokunun onaltıdabir final mərhələsində “Strasburq” klubu ilə görüşdə zədələndiyi üçün bir neçə həftə yaşıl meydandan kənarda qalacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:31]
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]