Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Paris: mükəmməl mətbəx və əyləncələr VİDEO

Bakı, 19 dekabr, AZƏRTAC

Paris silsilə terror aktlarından sonra demək olar ki, özünə gəlib və normal həyata qayıdıb. Bu gün o, mənalı asudə vaxt keçirmək üçün turistlərə bir yığın imkanlar təklif edən əvvəlki təhlükəsiz şəhərdir. Paytaxtda olduğumuz ilk günlərdə bəzi məşhur turizm yerləri ilə tanış olmuşuq. Bu gün isə reportajımızı tamamlayır və sizi qastronomiya ekskursiyasına, Paris zooparkında gəzintiyə və Disneylendin ekstremal attraksionlarında sinirlərinizi qıcıqlandırmağa dəvət edirik. Maraqlı olacaq!

Paris cəngəlliklərinə səfər

Əgər səyahət etməyə hazırlaşdığınız Avropa şəhərində zoopark varsa, tərəddüd etmədən onu səyahət proqramına daxil edin. Adətən Avropa zooparklarında heyvanlar təbii mühitə yaxın şəraitdə saxlanılır. Bu heyvanxanalar səliqə-sahmanı ilə qonaqlarda ən xoş təəssüratlar doğurur. Paris zooparkı da məhz bu prinsip əsasında yaradılıb. Vensen meşəsində yerləşdiyi üçün ona Vensen zooparkı da deyirlər. Əsası 1934-cü ildə qoyulan zooparkda bu yaxınlarda əsaslı yenidənqurma işləri aparılıb. Onun ümumən 14,5 hektar olan ərazisi tamamilə yenilənib və beş biozonaya bölünüb: Pataqoniya, Sahel-Sudan, Avropa, Qviana və Madaqaskar. Alçaq barmaqlıqlar və volyerlərin genişliyi elə təəssürat yaradır ki, sanki həqiqətən canlı təbiətdəsən və ətrafında vəhşi heyvanlar sərbəst dolaşır. Heyvanxananın mərkəzində ucalan 65 metr hündürlüyündə süni qaya bu təəssüratı daha da gücləndirir.

Zooparkda mindən çox heyvan, o cümlədən 74 müxtəlif quş növü, 42 növ məməli, 21 növ sürünən və 15 növ balıq görə bilərsiniz. Burada şirlər, kuquarlar, yaquarlar, gepardlar, müxtəlif meymunlar, zebrlər, begemotlar, kərgədanlar və digər heyvanlar özlərini sərbəst hiss edir. Bir volyerdə bu qədər zürafə isə heç bir zooparkda görməmişdik. On birini saya bildik, amma deyilənə görə, sayları on altıdır!

Amma tropik qurşağın ekosistemini təkrarlayan qapalı pavilyon bizə daha güclü təsir bağışladı. Pavilyona girəndə sanki cəngəlliyə düşürsən. Burada “səyyahlar ağacı” deyilən Madaqaskar ravenalası, banan, papaya və digər ekzotik bitkilər bitir. Onlar bəzən nəhəng ölçüdə olur. Düz tavanın altında Cənubi Amerikanın ərincək meymunları yuxarı dırmaşır. Şüşə arxasındakı volyerlərdə qarışqayeyənləri, lemurları, tutuquşuları müşahidə etmək olar. Akvariumlarda nəhəng Amazon balıqları arapaima və aravana üzür. Böyük hovuzda hətta unikal dəniz məməlilərini görmək olar – zooparklarda lamantinlərə nadir hallarda təsadüf olunur. Rütubətli tropik ətraf mühitin müxtəlifliyini nümayiş etdirmək üçün nəzərdə tutulan bu pavilyonun kolleksiyası seyrçilərə əsl zövq verir!

Təkərlər üzərində restoran: dadlı səyahət

Fransaya istənilən səfər qastronomik səyahətə çevrilir. Turistlər Parisdə olduqları müddətdə yerli kulinariyanın dadlı təamları ilə tanış olurlar. Səhər yeməyinə sizə içərisində cem olan iri kruassanlar, günorta yeməyinə Provans göyərtisi ilə pörtlədilmiş tərəvəz, desertə isə mütləq pendir təklif edərlər. Şəhərdə gəzinti elə küçədəcə qovurulub satılan şabalıdın iştaha oyadan qoxusu ilə müşayiət edilir. Fransız mətbəxi çoxlarının təsəvvüründə məhz mükəmməl mətbəx - restoranlar, ləziz yeməklərlə assosiasiya olunur. Bütün dünya üçün özünəməxsus etalona çevrilən bu mətbəx UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.

Parisdə fəal şəkildə yeni konsepsiya - turistlər üçün ideal olan təkərlər üzərində restoran konsepsiyası həyata keçirilir: burada mükəmməl fransız mətbəxinin yeməklərinin dadına baxmaqdan başqa, həm də paytaxtın görməli yerlərinə tamaşa etmək olar. Belə maraqlı təklifdən imtina edə bilməzdik, buna görə də “Bustronome” adlı avtobusa mindik.

Beləliklə, səyyar mətbəx, restoran və ekskursiya bürosu funksiyalarını özündə birləşdirən bu ikimərtəbəli avtobusun marşrutunun başlanğıc nöqtəsi Zəfər Tağı idi. Məhz burada sərnişinlər avtobusun ikinci mərtəbəsində qabaqcadan sifariş verilmiş masaları tuturlar. Avtobusun ikinci mərtəbəsinin və damının bütünlüklə şüşə ilə örtülməsi sayəsində ətrafa gözəl panorama açılır. Qastronomiya turuna yerlərin sifarişi “Bustronome” şirkətinin saytında həyata keçirilir. Burada həm nahar (adambaşına 65 avrodan başlayır), həm də şam yeməyi (100 avrodan başlayır) münasib qiymətədir. Biz naharı seçdik, çünki Parisin gecə saatlarını Sena kruizi zamanı görmüşdük.

Saat birdə avtobus Paris küçələri ilə səyahətə başlayır. Zəfər tağının altından keçərək Parisin əsas magistral yoluna - Yelisey xiyabanına çıxırsınız, sonra Luksor obeliskinin və nəhəng Müşahidə çarxının yerləşdiyi Həmrəylik meydanına çatırsınız. Daha sonra marşrut kilsədən çox qədim yunan məbədini xatırladan Madlen kilsəsinin, Qarnye Operasının və Luvr muzeyinin yanından keçir. Gəzintinin qiymətinə daxil olan audiobələdçi (o cümlədən rus dilində) Parisin inciləri haqqında ətraflı məlumat verir.

Siz avtobusun marşrutu boyu Notr-Dam kilsəsini, Mars xiyabanını, Əlillər evini, Eyfel qülləsini, eləcə də bir çox digər dəyərli obyektləri yaxın məsafədən görürsünüz. Hər növbəti turizm obyektinə yaxınlaşanda avtobusun sürəti yavaşıyır, sərnişinlərə bu turizm obyektlərini seyr etmək və maraqlı fotoşəkillər çəkmək imkanı verilir.

Menyuya makadamiya fındığı və yabanı otlarla fua-qra paşteti, göy soğan və qırmızı turpla marinad edilmiş çapaq balığı, sümüklərdən təmizlənmiş treska balığı qızartması, müxtəlif qəlyanaltılar və içkilər daxildir. Desertə isə çalınmış qaymaqla hazırlanmış şokoladlı piroq təklif olunur. Menyu mövsümə uyğun dəyişir. Amma arxayın ola bilərsiniz ki, ikisaatlıq ekskursiya ərzində fransız qastronomiyasının ən yaxşı nümunələrinin dadına baxacaqsınız.

Bir də bütün yol boyu yoldan ötənlərin və “adi” ekskursiya avtobuslarından boylanan turistlərin heyrətli baxışlarını görəcəksiniz: hər halda “təkərlər üzərində restoran” konsepsiyası Paris üçün hələ kifayət qədər yenidir və çox orijinaldır.

İki Disney parkı və “özündən çıxmış” lift

Belə ekskursiyalardan sonra bir daha əmin olursan ki, Paris elə də böyük şəhər deyildir. Hər halda, onun “trend” yerlərinin çoxu çox yığcam yerləşib. Lakin paytaxt ətrafında bir neçə turizm yeri var ki, onlara mütləq baş çəkmək gərəkdir. Bu, ilk növbədə Versal sarayı və Disneylenddir.

Dəbdəbəli Versal sarayına getmək Parisə səyahət planının əsas bəndlərindən biri idi. Bəs necə? Axı dünya irsi obyektlərinin siyahısına daxil edilmiş incini kim görmək istəməzki? Axı Avropa hökmdarlarının bir çox sarayları da onun nümunəsi əsasında tikilib. İş elə gətirdi ki, Versala bir gün ayırmaq mümkün olmadı. Amma Disneylendə yollandıq və böyük zövq aldıq!

Disneylend formal olaraq, Parisdən kənarda yerləşsə də, elektrik qatarı ilə şəhərin mərkəzindən ora cəmi 20-25 dəqiqəyə çatmaq olar. Məlum oldu ki, Disney bir deyil, üzbəüz yerləşən iki parkdan ibarətdir: Disneylendin özü və Uolt Disney Studiyaları Parkı. Hər ikisinə ayrıca bilet almaq lazımdır (ya da kombinə edilmiş biletin haqqını ödəməlisən). Parkların hər biri maraqlı əyləncələr və heyrətamiz şoular təklif edir.

Disneyin personajları – Mikki və Minni, Pluto, Vinni və başqaları məhz Disneylend parkında gəzib-dolaşır. Uşaqlar onlarla sərbəst qucaqlaşıb-öpüşə, avtoqraf xahiş edə və xatirə fotosu çəkdirə bilərlər. Yatmış gözəlin qəsri də məhz burada yerləşir. Qaş qaralan kimi bu qəsr inanılmaz işıq şousunun bir hissəsinə çevrilir. Amma bizi daha çox attraksionlar, xüsusən də onların böyüklər üçün nəzərdə tutulan hissələri maraqlandırırdı. Belələri burada az deyil.

Disneylend parkı dörd tematik zonaya bölünüb. Onların demək olar ki, hər birində adrenalin yaradan attraksion tapmaq olar: bunlar “Adventureland”da bu “Karib dənizinin quldurları”, “Frontierland”da “Big Thunder Mountain”, “Discoveryland”da isə “Star Tours” attraksionlarıdır.

Əgər çox güclü hisslər keçirmək istəyirsinizsə, vaxtınızı elə bölün ki, ekstremal əyləncələrin çoxunun cəmləndiyi Uolt Disney Studiyaları Parkına baş çəkməyə vaxtınız qalsın. “Toran zonası” fantastik serialının motivləri əsasında “The Twilight Zone Tower of Terror” attraksionunu daha çox bəyəndik. Bu attraksionda tərk edilmiş oteldə liftlə səyahət edirsən: lift yavaş-yavaş binanın ən yuxarı mərtəbəsinə qalxır, sonra birdən-birə aşağı düşərək, sərbəst enmə effekti yaradır. “Rock-n-Roller” attraksionu da gərginliyinə görə ondan geri qalmır. Burada tramvay “Aerosmith” qrupunun musiqisinin sədaları altında bərk sürətlə hərəkət edir. Nəhayət, “Studio Tram Tour” attraksionunu qeyd etmək lazımdır: “Behind the Magic” ekstremal olmasa da, olduqca maraqlıdır. Qəzalardan bəhs edən filmlərin maraqlı çəkilişlərindən fraqmentlərlə müşayiət olunan kinostudiya dekorasiyalarının əhatəsindən keçib gedən tramvayla gəzintini təsəvvürünüzə gətirin. Ətrafda hər şey partlayır və yanırdı. Bir də gördük ki, su tramvayın damından tökülərək onun içənə dolmağa başlayır.

Disney parklarının yerləşdiyi ərazidə kiçik şəhər salmaq olardı. Öz mağaza və restoranları olan bu parklar “məhəllələrə” bölünür. Ən maraqlı attraksionları görmək üçün burada bir gün yox, bir həftə vaxt keçirmək olar. Parkların ərazisində bir neçə otel var. Bütün attraksionlarla tələsmədən tanış olmaq üçün həmin otellərdə qabaqcadan nömrə saxlamaq daha məqsədəuyğundur. Amma Parisin mərkəzində qalmaq istəsəniz, yola tezdən çıxın ki, səhər saat 10-da parkın açılışına çatasınız, çünki attraksionlar axşam saat altıda bağlanır.

Son söz əvəzi

Fransanın paytaxtına qısa səfər zamanı çox yerə baş çəkib görə bilmədik. Versal sarayında, Notr-Dam kilsəsində, Monmartrda və Latın məhəlləsində olmadıq... Amma əsas məsələyə - bu şəhərin ruhunu hiss etməyə, sakinləri ilə ünsiyyət qurmağa, Parisin əfsanəvi cazibəsinə toxunmağa nail olduq. Qərara aldıq ki, fürsət düşən kimi mütləq bura qayıdaq!

Emil Eyyubov

Paris: mükəmməl mətbəx və əyləncələr VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir