SİYASƏT


Parisdə AŞPA-nın komitə iclasları keçiriləcək

Bakı, 30 noyabr, AZƏRTAC 

Dekabrın 3-dən 7-dək Parisdə Avropa Şurası Parlament Assambleyasının bərabərlik və qeyri-diskriminasiya, miqrasiya, qaçqınlar və məcburi köçkünlər, sosial işlər, sağlamlıq və davamlı inkişaf, həmçinin təhsil, elm və mədəniyyət komitələrinin iclasları keçiriləcək.

Tədbirlərdə Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlar Sahibə Qafarova və Sevinc Fətəliyeva iştirak edəcəklər.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclaslarda milli azlıqların hüquqlarının qorunması, cinayətkarlığa qarşı mübarizədə siyasi liderlərin rolu, gender bərabərliyinin qorunması, insan alveri ilə mübarizə, miqrasiya böhranının aradan qaldırılması, Avropada yetkinlik yaşına çatmayanların sağlamlığı, insan hüquqları, demokratiya və informasiya cəmiyyəti, internetin idarə olunması və insan hüquqları, demokratik cəmiyyətdə mədəni irsin dəyəri, Avropada jurnalistlərin təhlükəsizliyi və media azadlığına təhdidlər və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Milli Məclisin deputatları müzakirə olunacaq məsələlərlə bağlı çıxışlar edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.