MƏDƏNİYYƏT


Parisdə “Aras” ansamblının konserti keçirilib VİDEO

Paris, 4 noyabr, AZƏRTAC

Parisin 11-ci rayonunda yerləşən “Cafe de la danse” konsert zalında tanınmış kamança ustası İmamyar Həsənov və müğənni Hengameh Bertschinin birgə yaratdığı “Aras” ansamblının konserti olub.

AZƏRTAC xəbər verir ki, İmamyar Həsənov kamançada “Yaşa Azərbaycan” mahnısını, Etibar Əsədli isə pianoda öz bəstəsi “İttihaf”ı səsləndirib.

Mənşəcə iranlı olan müğənni H.Bertschi “Lay-lay”, “Aman ayrılıq” kimi Azərbaycan mahnılarını ifa edib.

Konsertin proqramı ansamblın rəhbəri İmamyar Həsənov tərəfindən tərtib edilib. Azərbaycan, ərəb, fars və digər dillərdə ifa olunan mahnıları tanınmış kamançaçı İ.Həsənov aranjeman edib. Musiqilər Azərbaycan muğamı və xalq mahnıları üzərində qurulub.

Qeyd edək ki, “Aras” ansamblı bu il yaradılıb və ansamblın ilk konsertləri İsveç və İsveçrədə olub. Ansambla Azərbaycan və İranı birləşdirən Araz çayının adı verilib.

Konsertdə İmamyar Həsənov və Hengameh Bertschini Etibar Əsədli (piano), Reza Samani (zərb aləti), Elen Bomon (kontrabas) müşayiət ediblər.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.