MƏDƏNİYYƏT


Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsinə virtual konsert təşkil olunub

Paris, 20 yanvar, AZƏRTAC

Azərbaycanın Fransadakı səfirliyinin, UNESCO yanında daimi nümayəndəliyinin və Fransa Azərbaycanlıları Koordinasiya Şurasının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş virtual konsert təşkil edilib.

AZƏRTAC xəbər verir ki, şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş virtual konsert Parisdə Azərbaycan Mədəniyyət Mərkəzindən səfirliyin “Facebook” səhifəsi vasitəsilə birbaşa yayımlanıb.

Virtual konsertdə Azərbaycan diasporunun üzvləri Mahir İsmayılov (nağara) və Ceyhun Aydınoğlu (balaban) xalq mahnısı “Sarı gəlin, “Qarabağın maralı”, “Laçın”, Segah təsnifi, Fikrət Əmirovun “Kor ərəbin mahnısı” və Tofiq Quliyevin “Axşam mahnısı”nı ifa ediblər.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.