Parisdə “Normandiya dördlüyü”nün görüşü olacaq
AzerTAg.az
Nant, 9 dekabr, AZƏRTAC
Parisdə Şərqi Ukraynadakı vəziyyəti həll etmək üçün “Normandiya Formatı” sammitində 4 ölkənin - Almaniya, Rusiya, Ukrayna və Fransa rəhbərlərinin görüşü keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Şərqi Ukrayna münaqişəsi ilə bağlı 3 ildir dondurulmuş danışıqlar yenidən başlayacaq. Fransa-Almaniya cütlüyünün məqsədi 2014-cü ildən bəri 13 min qurban vermiş, Avropada fəal silahlı münaqişənin sülh danışıqlarını bərpa etməkdir.
Müzakirələrə optimizmlə gedən Fransa və Almaniyanın Şərqi Ukraynada atəşkəsin dərhal elan edilməsi üçün çalışdıqları bildirilib.
Qeyd edək ki, Şərqi Ukrayna ilə bağlı sonuncu “Normandiya Formatı” çərçivəsində görüş 2016-cı ildə olub.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Xəbərin mətnində orfoqrafik səhv var