DÜNYA


Parisdə “Sarı jilet”lər aksiyasının üçüncü mərhələsi başlayıb

Paris, 1 dekabr, AZƏRTAC 

Parisdə “Sarı jilet”lər etiraz aksiyasının üçüncü mərhələsi başlayıb.

AZƏRTAC xəbər verir ki, dizel yanacağının qiymətinin artımına etiraz edən aksiyaçıların ümumi vergilərin azaldılması, alıcılıq qabiliyyətinin, eləcə də minimum əməkhaqqının artırılması, referendumun keçirilməsi və digər tələbləri var. Bu gün səhər saatlarından Parisin mərkəzi “Yelisey çölləri” küçəsinə 5 mindən çox polis nəfəri cəlb olunub. Etirazçılara qarşı gözyaşardıcı qazdan, su şırnağından və digər vasitələrdən istifadə edilir.

Ölkənin əyalətlərində “Sarı jilet”lər aksiyasının üzvləri yolları bağlayıblar.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.