MƏDƏNİYYƏT


Parisdə Səidə Zülfüqarovanın konserti olub

Paris, 20 sentyabr, AZƏRTAC

Azərbaycanın klassik musiqi ifaçısı, pianoçu Səidə Zülfüqarovanın Parisin 4-cü rayonunun Paul Rey Teatrında yeni mövsümdə ilk konserti olub.

AZƏRTAC xəbər verir ki, konsertdə L Betxovenin “Appassionata” sonatası, F.Şopenin 3-cü balladası, Qara Qarayevin “İldırımlı yollarla” baletindən “Ehtiraslı qızın rəqsi”, Cövdət Hacıyevin balladası, Fazil Sayın “Qara torpaq” əsəri səsləndirilib.

S.Zülfüqarova konsertini ölkəmizdə Milli Musiqi Gününə və Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum gününə həsr etdiyini bildirib. O, musiqimizin rəngarəngliyi ilə seçildiyini qeyd edərək, Şərqdə ilk operanın məhz Azərbaycanda yazıldığını diqqətə çatdırıb.

Azərbaycanlı pianoçu konsertin sonunda “Qumru” və Fərhad Bədəlbəylinin “Dəniz” əsərini ifa edib.

Fransadakı səfirimiz Rəhman Mustafayev və konsulumuz Zaur Fərhadov konsertin dinləyiciləri arasında olublar.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.