MƏDƏNİYYƏT
Parisdə azərbaycanlı pianoçunun konserti olub
Paris, 26 noyabr, AZƏRTAC
Parisin École normale de musique de Paris-Alfred-Cortot ali musiqi məktəbinin məşhur Rəna Şereşevskayanın Darius Milhaud konservatoriyasında sinif konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, Parisin École normale de musique de Paris-Alfred-Cortot ali musiqi məktəbində təhsil alan və Rəna Şereşevskayanın tələbəsi, pianoçu Vurğun Vəkilov konsertdə çıxış edib. O, Robert Şumanın “Simfonik etüd”lərini ifa edib.
Qeyd edək ki, V.Vəkilov 2004-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qəbul olunub. O, 2008-ci ildə ulu öndər Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr edilmiş gənc ifaçıların I Respublika müsabiqəsində birinci nəticə göstərib. Bir çox yubiley və festivallarda qələbə qazanmış V.Vəkilovun adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb.
İtaliyanın Pesaro şəhərində keçirilmiş VIII “Çitta di Pesaro” beynəlxalq müsabiqəsinin qalibi olub.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris