MƏDƏNİYYƏT


Parisdə azərbaycanlı qadın rəssamların əsərləri nümayiş etdirilir

Bakı, 11 mart, AZƏRTAC

Fransanın paytaxtı Parisdə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə azərbaycanlı sənətkarların rəsm sərgisinin açılış mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının, İnkişaf edən Millətlər Assosiasiyasının dəstəyi və Toğrul Nərimanbəyov Assosiasiyasının təşkilatçılığı ilə gerçəkləşdirilən sərgi Parisin 5-ci rayon meriyasının tərkibində fəaliyyət göstərən Latın Məhəlləsinin İcma həyatı və Vətəndaş Evində baş tutub.

Sərgidə azərbaycanlı rəssamlar Əsmər Nərimanbəyova, Sahib Əsədli, Təranə Seyid, Yeganə Hüseynova, Milana Kamıyeva, Nərminə Vəliyeva, Səidə Faqala-Haqverdi, Aysel Mirqasımova, Leyla Əliyeva, Elnarə Səfərova, Rəna Əmrahova, Yeganə Əsədova və azərbaycanlı fotoqraf Maya Bağırovanın əsərləri nümayiş etdirilib.

Sərgi martın 18-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.