MƏDƏNİYYƏT


Parisdə azərbaycanlı rəssamın sərgisi açılıb

Paris, 14 fevral, AZƏRTAC

Parisin 3-cü rayonundakı “Galerie Belem” qalereyasında “Müqəddəs qadınlar” adlı sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgidə azərbaycanlı rəssam Aydan Salahovanın əsərləri nümayiş olunur. O, görkəmli Xalq rəssamı Tahir Salahovun qızıdır.

Parisdə “Galerie Belem” qalereyasındakı sərgidə azərbaycanlı rəssamın “fars miniatürləri” silsilə əsərləri nümayiş olunur. Azərbaycan mənşəli və Şərqi Avropa təhsilli rəssam əsərlərində Şərqin islamçı və Qərbin feminist təsirlərini bir araya gətirib.

Onun “Fars miniatürləri” silsiləsində olan əsərləri islam kontekstində qadın kimliyini araşdırır. Bu tablolarda görünməyən və görünən elementlər eyni çəkiyə malikdir. Zərif qadın fiqurları incə şəkildə təsvir edilib, kişi cinsinin yoxluğu aydın şəkildə gözə çarpır. Rəsmlər səthi və onların mövzusu anonimdir ki, bu da onlara qarşılıqlı şəkildə bir-birini əvəzləmə və reprezentivlik verir. Bu əsərlərin reallaşması silsilənin adını götürdüyü fars miniatürlərinə gedib çıxır.

Qeyd edək ki, Aydan Salahovanın əsərləri Moskva Müasir İncəsənət Muzeyinin kolleksiyalarında, Tretyakov, eləcə də Roma və Nyu-York qalereyalarında saxlanılır. Bir çox Avropa ölkələrində sərgiləri təşkil olunub.

Sərgi martın 30-dək davam edəcək.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.