DÜNYA


Parisdə etiraz aksiyasının 100-dək iştirakçısı saxlanılıb

Bakı, 1 dekabr, AZƏRTAC

Fransa polisi Zəfər Tağının qarşısında ictimai asayişi pozmağa cəhd göstərən etirazçılara qarşı dəfələrlə gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, dekabrın 1-də səhər saatlarından başlayaraq benzinin qiymətinin bahalaşmasına etiraz edən “Sarı jiletlilər” Parisin mərkəzində toplaşmağa başlayıblar. Aksiyanı dağıtmağa çalışan polis gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edir. Bəzi fəallar özləri ilə qoruyucu maskalar və əleyhqazlar gətirib. İndiyədək 100-dək etirazçının saxlandığı bildirilir.

“Sarı jilet”lər hərəkatı artıq üçüncü şənbə günüdür ki, Paris küçələrində mitinq təşkil edir. Fransanın digər ərazilərində də miqyaslı aksiyalar keçirilir. Paytaxtda iğtişaşlarla müşayiət olunan etiraz aksiyaları nəticəsində şəhərə xeyli zərər dəyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.